Ağdamın elektrik təsərrüfatı yenidən qurulur. Bu barədə SİA-ya “Azərişıq” ASC-dən bildirilib.Qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən rayonun bir sıra kənd və qəsəbələrində elektrik şəbəkəsi yenilənir, həmçinin şəhər ərazisində yeni güc mərkəzləri yaradılıb.Rayonun Xıdırlı, Sarıcalı və Kəngərli kəndlərinə köç edən sakinlər üçün 0.4 kV-luq yeraltı xətlər, 35 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN-3) çəkilib, üç kənddə ümumilikdə 30 müasir tipli Transformator Məntəqəsi (TM) quraşdırılıb. Yaşayış məntəqələri SMS tipli müasir sayğaclarla təchiz olunub.Baş Qərvənd, Güllücə, Suma, Nəmirli kəndlərinə qədər 35 kV-luq kabel hava xəttinin çəkilişi yekunlaşıb, Paylayıcı Qurğular (PQ) quraşdırılıb. Növbəti günlərdə Eyvazxanbəyli istiqamətində işlərə start veriləcək.
Wildberries, Ozon və Avito şirkətləri Rusiya büdcəsindən yüz milyardlarla təzminat tələb ediblər...
Təxminən beş dəfə...
Sanksiyalar və Ukrayna dronları Kremlin neft gəlirlərini azaldır...
Xərclər gəlirlərdən təxminən iki dəfə sürətlə artıb...