Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 1 milyard 093,658 milyon ABŞ dolları təşkil edib. SİA bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,2 % çoxdur.Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində Azərbaycanın payı 5,3 % təşkil edib.Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 1 il əvvələ nisbətən 3,8 % azalaraq 587,851 milyon ABŞ dolları (ümumi ixracın 10,1 %-i), Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 10,2 % artaraq 505,808 milyon ABŞ dolları (ümumi idxalın 3,4 %-i) olub.10 ay ərzində Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin dəyəri illik müqayisədə 8,6 % artaraq 20 milyard 831,520 milyon ABŞ dollarına çatıb. O cümlədən, ixracın dəyəri 6,8 % artaraq 5 milyard 835,865 milyon ABŞ dolları, idxalın dəyəri isə 9,3 % artaraq 14 milyard 995,655 milyon ABŞ dolları olub.
Müəllif: Ziya Hikmətoğlu
Wildberries, Ozon və Avito şirkətləri Rusiya büdcəsindən yüz milyardlarla təzminat tələb ediblər...
Təxminən beş dəfə...
Sanksiyalar və Ukrayna dronları Kremlin neft gəlirlərini azaldır...
Xərclər gəlirlərdən təxminən iki dəfə sürətlə artıb...