PDF Oxu

İqtisadiyyat

  • 2 780

“Bakı informasiya təhlükəsizliyinin və media diplomatiyasının yeni mərkəzinə çevrilir” - ŞƏRH EDİLDİ

image

"D-8 ölkələrinin media xəttində bu cür təşəbbüsün Bakıda reallaşması, açığı, regionda yeni kommunikasiya arxitekturasının qurulduğunu göstərir. Prezident İlham Əliyevin Media Mərkəzi ideyası nümayiş etdirir ki, Azərbaycan təkcə enerji və logistika deyil, informasiya təhlükəsizliyi və media sahəsində də qlobal oyunçu statusuna keçməkdədir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.Onun sözlərinə görə, bu platforma D-8 ölkələri arasında koordinasiyalı informasiya siyasəti formalaşdırmağa imkan verir və xarici təsir cəhdlərinə qarşı kollektiv müdafiəni gücləndirir: "Bakı Media Mərkəzi həm də ortaq təlimlər, kontent mübadiləsi, dezinformasiya əleyhinə mexanizmlərin qurulması üçün ideal məkandır. Çünki bu ölkələrin hamısı müxtəlif informasiya təzyiqləri ilə üzləşir və Azərbaycan bu təcrübələrdən keçmiş bir dövlət kimi prosesə real liderlik edir. Forum isə iştirakçı ölkələrin öz media narrativlərini bir-birinə yaxınlaşdırmasına şərait yaradır və qərarvermədə ümumi mövqe formalaşdırır.Strateji kommunikasiya baxımından bu təşəbbüs D-8 daxilində “vahid informasiya şəbəkəsi” modelinə doğru praktik addımdır. Burada əsas dəyər ondan ibarətdir ki, informasiya axını nə Qərbin, nə də digər güclərin filtrlərindən deyil, birbaşa regional tərəfdaşlığın özündən keçir. Bu isə məlumatın təhrif olunma riskini minimuma endirir və ictimai rəyin daha dəqiq formalaşmasına imkan yaradır.Bakı həm media diplomatiyasının, həm də informasiya təhlükəsizliyinin yeni mərkəzi kimi möhkəmlənir. D-8-in gələcək əməkdaşlığı da artıq təkcə iqtisadi platforma yox, çoxşaxəli strateji ittifaq konturuna keçir. Bu formatın qazanclı tərəfi də budur: tərəfdaş dövlətlər öz sözünü qlobal mediaya başqalarının prizmasından deyil, öz narrativləri ilə çıxara biləcək".

Müəllif: Ziya Hikmətoğlu

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...