Bu ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 538 min elektron arayış verilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, son illər əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə geniş elektronlaşma proqramı çərçivəsində bir çox elektron arayış xidmətləri yaradılıb.Həmin elektron xidmətlər vətəndaşlara iş yeri, əlillik, pensiya, müavinət, təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə elektron qaydada arayış əldə etməyə imkan yaradır.
Minimum saatlıq əmək haqqı da artacaq…
Zədələnmiş neft emalı zavodlarının bərpası altı aya qədər vaxt apara bilər...
Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...