PDF Oxu

İqtisadiyyat

  • 2 996

Əmək miqrasiyası kvotasına dair təkliflər müzakirə edilib

image

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin sədrliyi ilə “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi üçün təkliflərin hazırlanması və bu sahədəki işin əlaqələndirilməsi üzrə Komissiya”nın növbəti iclası olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, 2025-ci il üçün təsdiqlənmiş əmək miqrasiyası kvotasından istifadə vəziyyətinin nəzərdən keçirildiyi iclasda gələn il üçün hazırlanmış əmək miqrasiyası kvotasına dair təkliflər aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Komissiya üzvləri ilə birgə müzakirə edilib.Anar Əliyev Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin uğurlarından biri kimi ölkəmizin əmək bazarında davamlı xarakter alan inkişaf meyillərini diqqətə çatdırıb. Qeyd edib ki, işəgötürənlərin müasir peşə və ixtisaslara malik işçilərə olan tələbləri, habelə ölkə iqtisadiyyatında yaranan çoxsahəlilik, ixtisaslı işçi qüvvəsi ilə bağlı təhlillər, əmək bazarı ilə bağlı proqnozlar əsasında gələn il üçün əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb.Əmək bazarına daxil olan ixtisaslı kadrların sayı hər il artır, eyni zamanda, işçi qüvvəsinin bacarıqlarının və rəqabətədavamlılığının artırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Bu baxımdan, ölkə iqtisadiyyatının işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsi prinsipi əsas götürülür. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən geniş tikinti-quruculuq işləri ilə yanaşı, son illərdə bərpa olunan enerji istehsalı ilə bağlı yeni layihələrin icrası yüksəkixtisaslı mütəxəssislərə tələbatı artırır.Gələn il üçün əmək miqrasiyası kvotasına dair təkliflər, eyni zamanda 2025-ci ilin təsdiq olunmuş əmək miqrasiyası kvotasına nəzərdə tutulan dəyişikliklərlə bağlı təkliflər müzakirə edilib. Həmin təkliflərin baxılmaq üçün Nazirlər Kabinetinə təqdim olunması qərara alınıb.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...