PDF Oxu

İqtisadiyyat

  • 2 616

Azərbaycan məhsulları Aktau şəhərində keçirilən beynəlxalq forumda təqdim olunub

image

Aktau şəhərində “Manqistau vilayətinin ticarət potensialı” mövzusunda beynəlxalq forum keçirilib. SİA Azərbaycanın Aktaudakı baş konsulluğuna istinadən xəbər verir ki, tədbirdə Manqistau vilayətinin akim müavini Tilek Jetkizqenulı çıxışında vilayətin nəqliyyat-logistika imkanları, ticarət infrastrukturunun inkişafı və ixrac potensialının artırılması barədə məlumat verib.Akim müavini tədbirdə, həmçinin Aktau şəhərində akkreditə olunan Türkiyə, Türkmənistan, Özbəkistan və İranın Baş Konsulluqlarının rəhbərlərinə, eləcə də Azərbaycanın Aktau şəhərindəki baş konsulu Ayxan Süleymanlıya vilayətin sosial-iqtisadi inkişafına verdikləri dəstəyə görə təşəkkür məktubları təqdim edib.Forum çərçivəsində iki istiqamət üzrə panel sessiyaları keçirilib. Birinci panel sessiyası “İxrac potensialı”, ikinci panel sessiyası isə “Maliyyə dəstək alətləri” mövzularına həsr olunub. Sessiyalarda kiçik və orta sahibkarlığın dəstəklənməsi üçün yeni mexanizmlər və Qazaxıstan İxrac-Kredit Agentliyinin təqdim etdiyi dəstək alətləri müzakirə edilib.Forum çərçivəsində, həmçinin yarmarka təşkil edilib. Baş Konsulluğun təşkilatçılığı ilə yarmarkada ölkəmizi “KazFruit” şirkəti və “Grandmart” marketi təmsil edib, ziyarətçilərə dadlı meyvələr və ölkəmizdə istehsal olunan ərzaq məhsulları təqdim olunub.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...