PDF Oxu

İqtisadiyyat

  • 836

Aşağıgərginlikli avadanlıqların elektromaqnit uzlaşmasına dair texniki reqlament layihələrinin ictimai müzakirəsi olub

image

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə “Bakı KOB evi”ndə Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən hazırlanmış “Aşağı gərginlikli elektrik qurğularının və avadanlıqlarının təhlükəsizliyi haqqında” və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən hazırlanmış “Texniki vasitələrin elektromaqnit uzlaşması haqqında” texniki reqlament layihələrinin ictimai dinləmə və müzakirəsi keçirilib. Dövlət Agentliyindən SİA-ya bildirilib ki, tədbirdə KOBİA-nın “KOB dostu” departamentinin müdir müavini Rauf Tağıyev və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdir müavini Nəzrin Mirzəzadə çıxış edib. Çıxışlar zamanı texniki reqlament layihələrinin daxili bazarda təhlükəsiz və keyfiyyətli məhsulların dövriyyəsinin təmin edilməsi, istehlakçı maraqlarının qorunması, eləcə də biznes subyektləri üçün rəqabətədavamlı mühitin gücləndirilməsi baxımından üstünlüklərindən bəhs edilib. Habelə sahibkarların ictimai dinləmə və müzakirələrdə fəal iştirakı və öz təkliflərini təqdim etmələri üçün çağırış edilib.Tədbir çərçivəsində Azərbaycan Respublikasının Energetika Nazirliyinin nümayəndəsi Ruqiyyə İsmayılova və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Qulam Abdullayev tərəfindən texniki reqlament layihələrinin əhatə etdiyi sahələr, əsas təhlükəsizlik tələbləri, onların uyğunluğun qiymətləndirməsi prosesində tətbiqi və digər vacib məqamlara dair təqdimat nümayiş etdirib.Görüşün sonunda keçirilən sual-cavab sessiyası fəal müzakirələrlə müşayiət olunub, iştirakçıların rəy və təklifləri dinlənilib.Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi maraqlı tərəflərin texniki reqlamentlərin hazırlanmasında fəal iştirakı, o cümlədən digər texniki reqlament layihələrinin ictimai dinləmə və müzakirəsinin təşkili istiqamətində silsilə tədbirlərini davam etdirəcək.Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində aidiyyəti dövlət orqanları tərəfindən 43 ədəd milli texniki reqlament layihəsi hazırlanıb və layihələr maraqlı tərəflərin rəy və təkliflərinin alınması məqsədilə Agentliyin rəsmi internet səhifəsində (https://competition.gov.az/az/page/qanunvericilik/texniki-reqlament-layihelerinin-ictimai-dinlenmesi-ve-muzakiresi) ictimai dinləmə və müzakirəyə çıxarılıb.

Digər xəbərlər