PDF Oxu

İqtisadiyyat

  • 3 035

Əmanətlərin 68 faizdən çoxu milli valyuta ilə qoyulub

image

Fiziki şəxslərin əmanətlərinin 68,2 faizi (10,610.2 milyon manat) milli valyutada, 31,8 faizi (4,938.8 milyon manat) xarici valyutadadır.

Mərkəzi Bankdan SİA-ya verilən xəbərə görə, fiziki şəxslərin əmanət portfelinin 63,6 faizi (9,883.6 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri oktyabr ayında 1,7 faiz və ya 163,4 milyon manat, tələbli əmanətləri isə 0,2 faiz və ya 8,6 milyon manat artıb.

2025-ci ilin oktyabr ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 2,7 faiz (4,812 əmanətçi), ilin əvvəlindən isə 23,6 faiz (35,450 əmanətçi) artıb.

Hüquqi şəxslərin tələbli depozitləri 15,236.8 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74,3 faizini təşkil edib.

2025-ci ilin yanvar-oktyabr aylarında banklar 986,8 milyon manat xalis mənfəət, 1,529.7 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər. Cari ilin 10 ayında banklar tərəfindən ümumilikdə 241,6 milyon manat məbləğində mənfəət vergisi ödənilib.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...