Fiziki şəxslərin əmanətlərinin 68,2 faizi (10,610.2 milyon manat) milli valyutada, 31,8 faizi (4,938.8 milyon manat) xarici valyutadadır.Mərkəzi Bankdan SİA-ya verilən xəbərə görə, fiziki şəxslərin əmanət portfelinin 63,6 faizi (9,883.6 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri oktyabr ayında 1,7 faiz və ya 163,4 milyon manat, tələbli əmanətləri isə 0,2 faiz və ya 8,6 milyon manat artıb.2025-ci ilin oktyabr ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 2,7 faiz (4,812 əmanətçi), ilin əvvəlindən isə 23,6 faiz (35,450 əmanətçi) artıb.Hüquqi şəxslərin tələbli depozitləri 15,236.8 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74,3 faizini təşkil edib.2025-ci ilin yanvar-oktyabr aylarında banklar 986,8 milyon manat xalis mənfəət, 1,529.7 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər. Cari ilin 10 ayında banklar tərəfindən ümumilikdə 241,6 milyon manat məbləğində mənfəət vergisi ödənilib.
Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.
Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...
Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...
Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…
...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...
Müəssisələr alışları və inventar səviyyələrini azaldır...