PDF Oxu

İqtisadiyyat

  • 2 670

“KOB-un böyüməsini ləngidən əsas məsələ institusional mühitin qeyri-rəqabətliliyidir” - İQTİSADÇI

image

"Azərbaycanda kiçik və orta biznesin (KOB) inkişafında müşahidə olunan ləngimənin kökündə təkcə maliyyə çatışmazlığı və ya sahibkarlıq təcrübəsinin azlığı dayanır. Əsas problemi formalaşdıran amil institusional mühitin hələ də tam rəqabətli və proqnozlaşdırıla bilən səviyyəyə çatmamasıdır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.Onun sözlərinə görə, iqtisadiyyatın ümumi idarəetmə çərçivəsi, bazara giriş imkanları, şəffaflıq, stimullaşdırıcı mexanizmlər və hüquqi sabitlik KOB-lar üçün yetərincə optimal deyil: "Bir çox hallarda kiçik sahibkar bazara daxil olduqdan sonra genişlənmək üçün zəruri olan sahələrə - tenderlərin şəffaflığı, torpaq resurslarına çıxış, icazələr sistemi, lisenziyalar və uzunmüddətli maliyyələşmə - bərabər şəkildə yaxınlaşa bilmir. Bu isə iri şirkətlərlə rəqabəti çətinləşdirir və sektorun struktur olaraq böyük bizneslər tərəfindən üstünlük təşkil etməsinə gətirib çıxarır.İkinci mühüm məsələ uzunmüddətli, münasib faizli maliyyə resurslarının çatışmazlığıdır. Bank sektorunun kredit siyasəti əsasən qısamüddətli və yüksək faizli kreditlər üzərində qurulduğundan, KOB-ların genişlənmə, modernizasiya və ixrac yönümlü fəaliyyətə keçidi gecikir. Maliyyə əlçatanlığının aşağı olması biznesin risklərini artırır və sahibkarın inkişaf planlama motivasiyasını zəiflədir. Digər problem isə insan kapitalının yetərincə ixtisaslaşmaması və biznes idarəçiliyi mədəniyyətinin zəifliyidir. KOB-ların böyük qismi innovasiya, rəqəmsallaşma, ixrac standartları və strateji idarəetmə kimi sahələrdə peşəkar kadr çatışmazlığı ilə üzləşir. Bu isə şirkətlərin dayanıqlı böyüməsini ləngidir.Vergi və yoxlama sistemindəki inzibati yükün azalmasına baxmayaraq, sahibkarların hələ də riskdən qaçan davranışı mühüm problem olaraq qalır. Qeyri-rəsmi iqtisadiyyatın müəyyən seqmentlərdə üstünlük təşkil etməsi dürüst fəaliyyət göstərmək istəyən şirkətləri zəif rəqabət mövqeyinə salır. Bütün bunları nəzərə aldıqda demək olar ki, Azərbaycanda KOB sektorunun real inkişafı üçün əsas tələb şəffaf, rəqabətli və proqnozlaşdırıla bilən institusional mühitin daha da gücləndirilməsi, maliyyə mexanizmlərinin liberallaşdırılması və sahibkarlığın bilik əsaslı modelə keçirilməsidir. Bu istiqamətdə atılacaq addımlar kiçik və orta biznesin ölkə iqtisadiyyatında daha böyük paya sahib olmasına və qeyri-neft sektorunun dayanıqlı inkişafına ciddi töhfə verə bilər".

Müəllif: Ziya Hikmətoğlu

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...