PDF Oxu

İqtisadiyyat

  • 3 307

Azərbaycan və Çin mərkəzi bankları əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər

image

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına işgüzar səfər çərçivəsində Çin Xalq Bankının sədri Pan Qonşenq ilə görüşüb. AMB-dən SİA-ya bildirilib ki, görüş zamanı monetar siyasət və maliyyə sabitliyi, ödəniş sistemləri, QR və mobil ödəniş həlləri, eləcə də ödəniş xidmətləri təchizatçılarının fəaliyyətinin tənzimlənməsi mövzuları müzakirə edilib. Bundan əlavə, rəqəmsal valyuta sahəsində tənzimləmə təcrübələri barədə məlumat bölüşülüb.Görüşdə, həmçinin Azərbaycan və Çin mərkəzi bankları arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

Zədələnmiş neft emalı zavodlarının bərpası altı aya qədər vaxt apara bilər...

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...