Maliyyə Nazirliyi yanında İctimai şuranın ilk iclası keçirilib. Nazirlikdən SİA-ya bildirilib ki, iclasda İctimai şuranın fəaliyyət istiqamətləri üzrə müzakirələr aparılıb, təşkilati məsələlərə baxılıb, sədr, sədr müavini və katib vəzifələrinə seçki keçirilib.İki il müddətində fəaliyyət göstərəcək İctimai şuraya iqtisadçı alim, professor İnqilab Əhmədov sədr, Professional Maliyyə Menecerləri Assosiasiyasının sədri Nuriyyə Novruzova sədr müavini, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin üzvü, jurnalist Anar Əzizov isə katib seçilib.İclas çərçivəsində İctimai şuranın iş planının müzakirəsi aparılıb, şura üzvləri tərəfindən təşkilati məsələlərlə bağlı rəy və təkliflər səsləndirilib.Məlumat verildiyi kimi, cari il noyabrın 13-də Maliyyə Nazirliyi yanında İctimai şuranın tərkibinin formalaşdırılması üçün seçkilər keçirilib və nəticədə 7 vətəndaş cəmiyyəti institutunun nümayəndəsi şuraya üzv seçilib.
2027-ci ildə kəskin azalma mümkündür...
Bloomberg: Rusiyanın ən varlı adamlarından biri Rusiya iqtisadiyyatının üzləşdiyi əsas problemi müəyyən etdi...
Bloomberg: Çin və Aİ əsas mübahisələrini ticarət müharibəsi olmadan həll ediblər...
Bu, vəsaitlərin Ukraynaya yönəldilməsinə imkan verəcək...
“Naftan”da təmir işləri başlayır...
Poizon bazarı Rusiya Federasiyasına gəlir…
Yüzlərlə mütəxəssis itkin düşüb...