PDF Oxu

İqtisadiyyat

  • 2 184

AMB yoxlama proseslərinin avtomatlaşdırılmasını həyata keçirib

image

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən nəzarət proseslərinin təkmilləşdirilməsi məqsədilə “SupTech” (nəzarət texnologiyaları) həllərinin tətbiqinə əsaslanan “Nəzarət yoxlamalarının idarə edilməsi” layihəsi uğurla həyata keçirilib.

AMB-dən verilən xəbərə görə, “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində həyata keçirilmiş bu layihənin məqsədi nəzarət yoxlamalarının idarə edilməsi üçün xüsusi bir platforma tətbiq edərək yoxlamaların planlaşdırılmasını, aparılmasını və nəticələrinin izlənilməsini tam avtomatlaşdırmaq, məlumatları vahid bazada toplamaq və risk əsaslı nəzarət metodunu effektiv şəkildə həyata keçirmək olub. Görülən işlər çərçivəsində maliyyə institutlarına nəzarəti həyata keçirən Mərkəzi Bankın aidiyyəti departamentləri öz yoxlama funksiyalarının effektiv icrası üçün müvafiq proqram təminatı ilə təmin edilib.

Yoxlamaların bu proqram təminatı vasitəsilə aparılması proseslərin risk əsaslı prioritetləşdirilməsinə, yoxlama planlarının daha effektiv tərtib edilməsinə və maliyyə institutlarına verilmiş göstərişlərin icra vəziyyətinin operativ izlənilməsinə imkan verib. Eyni zamanda, avtomatlaşdırma çərçivəsində yoxlama prosedurlarının standartlaşdırılması, yoxlama hesabatlarının öncədən müəyyən edilmiş formalara uyğun olaraq daha qısa müddət ərzində tərtib edilməsi və bütün məlumatların vahid elektron məlumat bazasında saxlanılması mümkün olub.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...