PDF Oxu

İqtisadiyyat

  • 2 790

Azərbaycan və Estoniya innovativ idarəetmə modellərinin inkişafı üzrə əməkdaşlığı müzakirə edib

image

Estoniya Vergi və Gömrük Şurasının baş direktorunun müavini Yanek Rozovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdə olub. Dövlət Vergi Xidmətindən SİA-ya bildirilib ki, səfərin əsas məqsədi Azərbaycan və Estoniya arasında vergi inzibatçılığı, rəqəmsal xidmətlərin tətbiqi və innovativ idarəetmə modellərinin inkişafı istiqamətində əməkdaşlığın daha da genişləndirilməsidir.Dövlət Vergi Xidmətində keçirilən görüşlər zamanı Estoniyanın dünyada tanınmış rəqəmsal idarəetmə ekosistemi, vergi inzibatçılığı proseslərinin avtomatlaşdırılması, məlumatların real vaxt rejimində emalı, transsərhəd məlumat mübadiləsi və yeni nəsil analitik həllərin tətbiqi üzrə təcrübəsi ətrafında geniş müzakirələr aparılıb. Tərəflər birgə layihələrin həyata keçirilməsi perspektivlərini, qarşılıqlı inteqrasiya və əməkdaşlıq formatlarını da nəzərdən keçiriblər.Görüşlərdə vergi inzibatçılığının təkmilləşdirilməsi, rəqəmsal ekosistemin daha da inkişaf etdirilməsi, təhlükəsiz məlumat idarəçiliyi və risk əsaslı vergi nəzarəti mexanizmlərinin gücləndirilməsi sahəsində əməkdaşlığın vacibliyi vurğulanıb. Tərəflər arasında geniş təcrübə mübadiləsi aparılıb, müxtəlif rəqəmsal vergi həlləri və idarəetmə alətləri praktiki şəkildə nümayiş etdirilib.Nümayəndə heyətinin səfəri çərçivəsində Estoniya Vergi və Gömrük Şurası tərəfindən real vaxt iqtisadiyyatı, vergiödəyicilərinin qiymətləndirilməsi və risklərin idarə edilməsi üzrə həllər üzrə həyata keçirilən layihələr təqdim edilib. DVX tərəfindən rəqəmsal vergi inzibatçılığı sahəsində görülmüş işlər, tətbiq edilən yeni nəsil elektron xidmətlər, vergi risklərinin idarə olunması üzrə istifadə edilən analitik sistemlər, məlumat təhlükəsizliyi və idarəetmə modelləri haqqında ətraflı məlumat verilib.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...