PDF Oxu

İqtisadiyyat

  • 2 893

Naxçıvanda 138 layihəyə 22 milyon manat güzəştli kredit ayrılıb

image

Sahibkarlığın İnkişafı Fondu, eləcə də sahibkarların şəxsi təşəbbüsləri hesabına muxtar respublikanın rayonlarında çoxsaylı kiçik, orta və böyükhəcmli layihələrin icrasına start verilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev Naxçıvanda keçirilən II Azərbaycan-Türkiyə regional iqtisadi forumunda çıxışı zamanı deyib.Nazirin sözlərinə görə, cari ilin 11 ayı ərzində Azərbaycan Biznesinin İnkişafı Fondu və Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən 138 layihəyə dəstək verilərək 22 milyon manatdan çox güzəştli kredit ayrılıb. Verilmiş kreditlər hesabına yeni iş yerlərinin təsis olunması imkanı yaranıb ki, bu da sosial rifahın yüksəlməsinə, iqtisadi fəallığın artmasına töhfə verir.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...