Azərbaycan və Cənubi Koreya arasında dayanıqlı maliyyə məsələləri müzakirə edilib. SİA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib."Cənubi Koreyaya işgüzar səfər çərçivəsində bu ölkənin Mərkəzi Bankının sədri Çanq Yonq Ri ilə görüşdük, monetar siyasət və maliyyə sabitliyi, ödəniş sistemləri, dayanıqlı maliyyə məsələlərini müzakirə etdik. Bundan əlavə, sektorda texnoloji həllərin və yanaşmaların tətbiqi, dair təcrübələri nəzərdən keçirdik, həmçinin mərkəzi banklar arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən mərkəzi bankçılıq sahəsində təcrübə və biliklərin paylaşılmasına dair fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.
Rusiya Maliyyə Nazirliyi borc almamaq qərarına gəlib…
Rusiyada yanacaq böhranı tarlalara çatıb və buğda məhsulunu təhdid edir...
Rusiyada yanacaq böhranı nəzarətdən çıxır...
Müharibə Rusiyada biznesləri dağıdıcıdır...
135 milyon barel Rusiya nefti dənizdə ilişib qalıb...
Müflisləşmələrin sayı artmaqdadır...