PDF Oxu

İqtisadiyyat

  • 1 962

Mərkəzi Bank Xızıda vətəndaşların səyyar görüşünü keçirib

image

Maliyyə xidmətləri sahəsində vətəndaşların hüquqlarının qorunması, habelə onlara göstərilən xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən görülən mütəmadi tədbirlərin davamı olaraq Xızı rayonunda vətəndaşların səyyar görüşü keçirilib.

AMB-dən bildirilib ki, vətəndaşların müraciətləri əsasən kredit istəyi və kredit müqaviləsi üzrə qoyulmuş öhdəliklərə güzəştlərin tətbiqi, fəaliyyəti dayandırılmış filialın yenidən bərpası ilə bağlı təklif və sorğular ilə bağlı olub.

Görüş zamanı Mərkəzi Bankın nümayəndələri tərəfindən vətəndaşların müraciətlərinə fərdi qaydada baxılıb və qanunvericiliyə uyğun atıla biləcək addımlar onlara izah olunub.

Vətəndaşlar səyyar görüşlərlə bağlı əlavə sual, təklif və müraciətlərini www.contact.e-cbar.az elektron müraciətlər sistemi vasitəsilə Mərkəzi Banka ünvanlaya və ya “966” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq məlumat əldə edə bilərlər.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...