PDF Oxu

İqtisadiyyat

  • 3 465

Azərbaycan və Tatarıstan əməkdaşlığın inkişafını müzakirə edib

image

Azərbaycan və Tatarıstan (Rusiya) arasında əməkdaşlığın inkişafı müzakirə edilib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib."Tatarıstanın Baş nazirinin müavini, sənaye və ticarət naziri cənab Oleq Korobçenkonun rəhbərlik etdiyi nümayəndə heyətini ölkəmizdə qarşılamaqdan məmnun olduq. Ticarət, sənaye, energetika, rəqəmsallaşma, turizm, KOB və digər sahələrdə əməkdaşlığın inkişafı istiqamətində perspektivləri müzakirə etdik, birgə sənaye zonasının yaradılması çərçivəsində görülən işlər, nəqliyyat vasitələrinin istehsalı layihəsi üzrə əldə edilən nəticələr və digər həyata keçirilən təşəbbüsləri dəyərləndirdik", - deyə o qeyd edib.

Digər xəbərlər

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

Zədələnmiş neft emalı zavodlarının bərpası altı aya qədər vaxt apara bilər...

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...