Yarandığı vaxtdan bu günədək "YAŞAT" Fondunun büdcəsindən 93 milyon 622 min 394 manat vəsait xərclənib.SİA xəbər verir ki, bu sözləri "YAŞAT" Fondunun 5 illik fəaliyyətinə dair mətbuat konfransı zamanı fondun rəhbəri Elvin Hüseynov deyib.O bildirib ki, bu günədək 18 min 566 şəxsin 93 min 897 müraciəti təmin edilib:"Məişət şəraitinin yaxşılaşdırılması istiqamətində 42 milyon 246 min 250 manat xərclənib. Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə şəhid ailə üzvlərinin 5 min 563, itkin ailə üzvlərinin 6 və yaralıların 7 min 37 müraciəti olmaqla ümumilikdə 12 min 606 müraciət təmin edilib".Qeyd edək ki, "YAŞAT" Fondu Azərbaycan Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında yaradılıb.
Rusiya Maliyyə Nazirliyi borc almamaq qərarına gəlib…
Rusiyada yanacaq böhranı tarlalara çatıb və buğda məhsulunu təhdid edir...
Rusiyada yanacaq böhranı nəzarətdən çıxır...
Müharibə Rusiyada biznesləri dağıdıcıdır...
135 milyon barel Rusiya nefti dənizdə ilişib qalıb...
Müflisləşmələrin sayı artmaqdadır...