PDF Oxu

İqtisadiyyat

  • 3 127

FHN radiasiya təhlükəsizliyinə dair növbəti tədbir keçirib

image

Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətləri çərçivəsində nüvə və radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirlərini davam etdirir. Növbəti belə tədbir nazirliyin Muğan Regional Mərkəzi ilə birgə təşkil olunub.Bu barədə SİA-ya FHN-in İctimaiyyətlə əlaqə idarəsindən məlumat verilib.Bildirilib ki, Regional Mərkəzin inzibati binasında “Sahibsiz radioaktiv mənbələr və onlarla davranış” mövzusunda keçirilmiş tədbirdə mərkəzin əhatə etdiyi rayonların icra hakimiyyətlərinin kommunal sahələr üzrə nümayəndələri, eləcə də FHN-in yerli qurumlarının nümayəndələri iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Muğan Regional Mərkəzinin rəis müavini Orxan Bağırov keçirilən tədbirin əhəmiyyətindən danışıb.Sonra tədbirdə çıxış edən Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəis müavini Əkbər Quliyev tədbirin mövzusu barədə məlumat verib, sahibsiz radioaktiv mənbələrlə əlaqəli davranış qaydalarının mənimsənilməsinin vacibliyini bildirib.Tədbirdə nüvə və radioloji fəaliyyətlər, nəzarət mexanizmləri, sahibsiz radioaktiv mənbələr, onların aşkar edilməsi və bu zaman qurumların fəaliyyətinin əlaqələndirilməsi, nüvə və radioloji qəza halları, bu hallarda idarəetmə mexanizmi məsələləri müzakirə olunub.Tədbir zamanı agentliyin əməkdaşları tərəfindən müvafiq mövzularda təqdimatlar edilib, videoçarxlar nümayiş olunub və suallar cavablandırılıb.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...