Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2 milyard 488,8 milyon manat olub. SİA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.Bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 12,8 % çoxdur.Özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,2 %-i hüquqi şəxslərin, 48,8 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.Hüquqi şəxslər üzrə dövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,9 % artaraq 1 milyard 263 milyon manat olub.
Təxminən beş dəfə...
Sanksiyalar və Ukrayna dronları Kremlin neft gəlirlərini azaldır...
Xərclər gəlirlərdən təxminən iki dəfə sürətlə artıb...
Ucuz yuan Çinin iqtisadi modelinin əsas xüsusiyyətlərindən biridir...