PDF Oxu

İqtisadiyyat

  • 3 603

"Təcrübə tələbi gənclərin əmək bazarına çıxışını ciddi şəkildə məhdudlaşdırır" -İQTİSADÇI DANIŞDI

image

"Əmək bazarında təcrübə tələbi xüsusilə gənclər üçün struktur problemlər yaradan əsas amillərdən biridir. Yeni məzun olan və ya əmək fəaliyyətinə ilk dəfə başlamaq istəyən gənclər bilik və bacarıqlara malik olsalar da, praktiki təcrübə tələb olunduğu üçün işə qəbul prosesində ciddi maneələrlə üzləşirlər. Bu vəziyyət əmək bazarında “təcrübəsizliyin paradoksu” adlandırılan problemi yaradır: iş tapmaq üçün təcrübə lazımdır, lakin təcrübə qazanmaq üçün iş imkanı yoxdur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib.Onun sözlərinə görə, iqtisadi baxımdan işəgötürənlər risklərini minimuma endirmək məqsədilə artıq təcrübəsi olan namizədlərə üstünlük verirlər: "Bu isə gənclərin insan kapitalına qoyulan investisiyanın gec reallaşmasına, əmək məhsuldarlığının potensial səviyyədən aşağı qalmasına səbəb olur. Nəticədə həm fərdi səviyyədə gəlir itkisi yaranır, həm də makroiqtisadi müstəvidə gənclər arasında işsizliyin artması müşahidə edilir. Digər tərəfdən, təcrübə tələbinin həddindən artıq yüksək qoyulması qeyri-rəsmi məşğulluğun artmasına da zəmin yaradır. Gənclər iş təcrübəsi qazanmaq üçün ödənişsiz və ya qeyri-formal işlərə razılaşır, bu da sosial təminat sistemindən kənarda qalma riskini yüksəldir. Uzunmüddətli perspektivdə isə bu proses əmək bazarında bərabərsizlikləri dərinləşdirir və sosial narazılığı artırır.Bu problemin həlli üçün dövlət və özəl sektorun birgə addımları vacibdir. Təcrübə proqramlarının genişləndirilməsi, məzunlar üçün subsidiya olunan ilk iş modelləri və təhsil–əmək bazarı əlaqələrinin gücləndirilməsi gənclərin əmək bazarına inteqrasiyasını asanlaşdıra bilər. Əks halda, təcrübə tələbi gənclərin potensialını məhdudlaşdıran əsas baryer olaraq qalacaq.

Müəllif: Ziya Hikmətoğlu

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...