PDF Oxu

İqtisadiyyat

  • 3 678

Kareliya Azərbaycanla əməkdaşlıq üzrə "yol xəritələri" hazırlayacaq

image

Kareliya Respublikası (Rusiya) Azərbaycanla ticari-iqtisadi əlaqələrin inkişafında maraqlıdır.SİA-nın məlumatına görə, bunu regionun rəhbəri Artur Parfençikov Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevlə görüşdə deyib.Tərəflər sənaye, elm, mədəniyyət, təhsil, kənd təsərrüfatı, tibb və turizm sahələrində, eləcə də digər istiqamətlərdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər."Region rəhbəri respublikanın iqtisadi blokuna Azərbaycanla qarşılıqlı fəaliyyətin inkişafı və gücləndirilməsi üzrə "yol xəritələri" hazırlamağı tapşırıb", - region rəhbərinin mətbuat xidməti məlumat verib.Bundan əlavə, A.Parfençikov azərbaycanlı incəsənət xadimlərini teatr qastrollarında iştirak etməyə, alimləri isə 2026-cı ildə qeyd olunacaq Ağ dəniz petroqliflərinin kəşfinin 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməyə dəvət edib.O, Azərbaycanda da qayaüstü rəsm obyektlərinin olduğunu, bunun da iki ölkənin elmi ictimaiyyəti arasında təcrübə mübadiləsi üçün imkanlar yaratdığını qeyd edib.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...