PDF Oxu

İqtisadiyyat

  • 3 929

KOBİA: Azərbaycan fermeri artıq brend yaradan güclü iqtisadi subyektdir

image

Azərbaycan fermeri və aqrar sahibkarı artıq brend yaradan, bazarları araşdıran, innovasiyalara açıq olan güclü iqtisadi subyektdir. Hesab edirik ki, bu festivallar təkcə məhsulların nümayişi deyil, eyni zamanda ölkəmizin aqrar sektorunun potensialının, zəhmətkeş fermerlərimizin və sahibkarlarımızın əzminin, innovativ yanaşmalarının bariz göstəricisidir.SİA xəbər verir ki, bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Aqrar Biznes Festivallarına həsr olunmuş yekun tədbirdə çıxışı zamanı deyib.Onun sözlərinə görə, aqrar sahə ölkə iqtisadiyyatında strateji əhəmiyyət kəsb edir.“Bu sahə həm ərzaq təhlükəsizliyinin təmin olunmasında, həm regionların sosial-iqtisadi inkişafında, həm də məşğulluğun artırılmasında mühüm rol oynayır. Son illərdə dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar aqrar sektorun daha da rəqabətqabiliyyətli, ixracyönümlü və dayanıqlı inkişafına şərait yaradıb. Bu festivallar bir daha göstərir ki, Azərbaycan fermeri və aqrar sahibkarı yalnız istehsalçı deyil. Yerli məhsullarımızın keyfiyyəti, qablaşdırılması, təqdimatı və bazara çıxış imkanları ilbəil daha da təkmilləşir. KOBİA olaraq bizim əsas məqsədimiz aqrar sahibkarların bilik və bacarıqlarının artırılması, maliyyə və qeyri-maliyyə alətlərinə çıxışının genişləndirilməsi, eyni zamanda onların yerli və beynəlxalq bazarlara hazırlanmasıdır. Bu festivallar da məhz həmin məqsədlərə xidmət edir”, - deyə O. Məmmədov vurğulayıb.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...