PDF Oxu

İqtisadiyyat

  • 4 529

Minimum əmək haqqının artırılması qiymət siyasətinə necə təsir edir ? - EKSPERT

image

“Minimum əmək haqqının artırılması iqtisadi siyasətin əhəmiyyətli alətlərindən biridir və işçilərin gəlirlərinin yüksəlməsinə xidmət edir”. Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.Onun sözlərinə görə, bu addım eyni zamanda işəgötürənlərin xərclərinə birbaşa təsir göstərir: “Belə ki, əmək haqqının artması şirkətlərin əməliyyat xərclərini yüksəldir və bəzi hallarda müəssisələr bu əlavə xərci kompensasiya etmək məqsədilə malların və xidmətlərin qiymətlərini artırmağa meylli olurlar. Nəticədə, bazarda qiymət səviyyəsi müəyyən dərəcədə yüksələ bilər.Digər tərəfdən, minimum əmək haqqı alan şəxslərin gəlirlərinin artması onların istehlak imkanlarını genişləndirir. Artan alıcılıq qabiliyyəti müəyyən şərtlərdə müəssisələrin qiymətləri kəskin artırmasının qarşısını ala bilər, çünki yüksək tələbat satışları artıraraq əlavə gəlir təmin edir.Bununla yanaşı, bazarda kəskin rəqabət şəraitinin mövcudluğu və inhisarçı qurumların olmaması əlavə tənzimləyici mexanizm kimi çıxış edir. Rəqabətçi mühitdə sahibkarlar bazarı itirmək qorxusundan qiymətləri qaldırmaqdan çəkinir və bu da minimum əmək haqqının qiymət səviyyəsinə təsirini zəiflədir.Minimum əmək haqqının artırılması müəyyən məhsul və xidmətlərin qiymətlərinin yüksəlməsinə səbəb ola bilər, lakin bu təsirin gücü sektordan, bazar şəraitindən və rəqabət səviyyəsindən asılıdır. Bu baxımdan, əmək haqqı siyasəti ilə qiymət sabitliyi arasında qarşılıqlı təsirləri nəzərə almaq, həm işçilərin rifahını, həm də iqtisadi sabitliyi qorumaq baxımından əhəmiyyətlidir”.

Günay Hacıyeva

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...