Azərbaycan-ABŞ iqtisadi tərəfdaşlığının müxtəlif aspektləri, enerji və biznes sahəsində əməkdaşlıq strateji əhəmiyyətə malikdir.SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.Məlumata görə, nazir ABŞ-nin dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Keyleb Orla videokonfrans formatında görüş keçirib."Cənubi Qafqaz və Xəzər regionunda həyata keçirilən enerji layihələri, qaz nəqli və bu sahədə birgə fəaliyyətin şaxələndirilməsi imkanlarını müzakirə etdik", - deyə o qeyd edib.
Minimum saatlıq əmək haqqı da artacaq…
Zədələnmiş neft emalı zavodlarının bərpası altı aya qədər vaxt apara bilər...
Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...