PDF Oxu

İqtisadiyyat

  • 4 404

Azərbaycan BMT ilə şəhərsalma üzrə 2026–2030-cu illərin prioritetlərini müzakirə edib

image

Azərbaycan və BMT arasında şəhərsalma sahəsində gələcək hədəflər müzakirə olunub.SİA bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir.Komitə sədri Anar Quliyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüş keçirib.Görüş zamanı Azərbaycan Hökuməti ilə BMT arasında 2026–2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin icrası çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.Qeyd edilib ki, bu sənəd Azərbaycanın Milli Prioritetlərinə uyğun olaraq gələcəyə yönəlmiş tərəfdaşlıq üçün mühüm əsasdır və xüsusilə Dayanıqlı İnkişaf Məqsədlərindən "Dayanıqlı şəhərlər və icmalar"ın icrasına əhəmiyyətli töhfə verir.A.Quliyev Rezident əlaqələndirici kimi fəaliyyəti dövründə göstərdiyi şəxsi fəallığa və konstruktiv tərəfdaşlığa görə qonağa təşəkkürünü bildirib.Qarabağ və Şərqi Zəngəzurda Milli Şəhərsalma Forumlarının keçirilməsi, eləcə də 13-cü Ümumdünya Şəhərsalma Forumuna hazırlıq çərçivəsində aparılan səmərəli və məzmunlu dialoq xüsusilə vurğulanıb.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...