PDF Oxu

İqtisadiyyat

  • 3 175

Sahibkarlar üçün daha 9 istiqamət üzrə daxili bazar araşdırması aparılıb - KOBİA

image

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə sahibkarlar üçün bazarın tələbatına uyğun olaraq 9 istiqamət üzrə daxili bazar araşdırmaları aparılıb.Bu barədə SİA-ya KOBİA-dan məlumat verilib.Araşdırmalar bulqur və mərci, mebel üçün metal və plastik aksesuarlar və mexanizmlər, tikinti və qida məhsullarının qablaşdırılmasında istifadə olunan dəmir qutuların, həmçinin süd və şirə məhsullarının qablaşdırılması üçün karton qutuların istehsalı sahələrini əhatə edir.Bundan başqa, araşdırmalar velosiped hissələrinin, tikinti üçün izolyasiya məhsullarının, strafor (EPS – genişlənmiş polistirol), kalsium-karbonat emalı və yerfındığı məhsullarının istehsalını əhatə edəcək.Bu sahələrdə məhsul və xidmətlər yaratmaq, eləcə də fəaliyyətini genişləndirmək istəyən sahibkarlar KOBİA-nın www.smb.gov.az internet saytına daxil olaraq müvafiq bazar araşdırmaları ilə tanış ola bilərlər.Qeyd edək ki, daxili bazar araşdırması mexanizmi üzrə dövlət dəstəyi KOBİA tərəfindən təmin edilir. Daxili bazar araşdırması sahibkarların müraciəti və KOBİA-nın təşəbbüsü əsasında aparılır. Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən ödənilir. Hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği maksimum 20 min manatdır.Sahibkarların müraciəti əsasında daxili bazar araşdırmasının aparılması KOBİA-nın sifarişi ilə "Dövlət satınalmaları haqqında" Qanuna uyğun olaraq, tender yolu ilə həyata keçirilir. Sahibkarlar daxili bazar araşdırmasının aparılması üçün KOBİA-nın internet saytındakı müvafiq ərizə formasını dolduraraq Agentliyə birbaşa və ya elektron qaydada müraciət edə bilərlər. Agentliyin təşəbbüsü ilə aparılan daxili bazar araşdırmaları isə sahibkarlar arasında keçirilmiş sorğuların nəticələrinə, eləcə də ölkənin sosial-iqtisadi inkişafı ilə əlaqədar qəbul edilmiş sənədlərə əsaslanaraq müəyyən edilir.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...