PDF Oxu

İqtisadiyyat

  • 3 713

Paşinyan: İrəvan və Bakı potensial qarşılıqlı ticarəti müzakirə edirlər

image

Ermənistan və Azərbaycan potensial qarşılıqlı ticarət üçün mal siyahılarını mübadilə edir və öyrənirlər. Sputnik Armenia-nın məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan bunu hökumət iclasından sonra keçirilən brifinqdə açıqlayıb.

"Hazırda proseslər davam edir- Ermənistan və Azərbaycan satmaq və ya almaqda maraqlı ola biləcək potensial mal siyahılarını mübadilə edirlər",- deyə Paşinyan qeyd edib.

Hökumətin Azərbaycan benzinini kimin alacağını necə müəyyən etdiyinə dair şərh verən Paşinyan qeyd edib ki, bazar əvvəlcədən araşdırılıb və bu fürsəti siyasi oyuna çevirməyəcək şirkətlərə təkliflər verilib.

Onun sözlərinə görə, Azərbaycan Baş nazirinin müavini delimitasiya komissiyasının iclasında Ermənistana Azərbaycan neft məhsullarının satılmasını təklif edib.

"Biz belə bir fürsətin olduğunu dedik (Azərbaycan neft məhsullarını almaq üçün- red.). Və hər iki tərəfdən şirkətlər- səhv etmirəmsə, bizim tərəfimizdən iki şirkət var idi- əlaqə qurub", - deyə o qeyd edib.

Paşinyan həmçinin vurğulayıb ki, ölkədə Azərbaycan neft məhsullarını satmaqdan imtina edən yanacaqdoldurma məntəqələri şəbəkələri var.

Elçin

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...