PDF Oxu

İqtisadiyyat

  • 4 547

FHN orta məktəbdə təlim keçirib

image

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin birgə təşkilatçılığı ilə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 257 nömrəli tam orta məktəbdə “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.FHN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, təlimin keçirilməsində məqsəd məktəbin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı davranış qaydalarının aşılanması olub.Əvvəlcə, təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşları tərəfindən məktəbin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə göstərilib, suallar cavablandırılıb.Sonra təlimin praktiki hissəsinə start verilib.Təlimdə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra məktəbdə təxliyə planına uyğun olaraq, şagird və müəllimlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, yanğınsöndürənlər tərəfindən “yanğınla mübarizə” tədbirlərinə başlanılaraq çevik kəşfiyyatın aparılması, “yanğının söndürülməsi” və “xilasetmə” əməliyyatları yerinə yetirilib.Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Digər xəbərlər

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

Zədələnmiş neft emalı zavodlarının bərpası altı aya qədər vaxt apara bilər...

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...