PDF Oxu

İqtisadiyyat

  • 4 323

Bərpaolunan mənbələrdən enerji istehsalımız artır

image

2025-ci ildə Azərbaycanda elektrik enerjisinin istehsalı 262,3 mln. kVt/saat, yəni 0,9 % artaraq 28 657,5 mln. kVt/saat olub. Energetika Nazirliyindən verilən məlumata görə, bu dövrdə İstilik Elektrik Stansiyalarda 24 823,4 mln. kVt/saat, Su Elektrik Stansiyalarda 2 842,5 mln. kVt/saat, digər mənbələr üzrə isə 991,6 mln. kVt/saat, o cümlədən külək elektrik stansiyalarında 169,7 mln. kVt/saat, günəş elektrik stansiyalarında 599,8 mln. kVt/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 222,1 mln. kVt/saat elektrik enerjisi istehsal edilib.

2024-cü illə müqayisədə külək və günəş elektrik stansiyalarında 162,3 mln. kVt·st artımla 769,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib. 2025-ci ildə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 25 591,8 mln. kVt/saat (İES-lərdə 22 703,6 mln. kVt/saat, SES-lərdə 2 827,1 mln. kVt/saat, GES-lərdə 61,1 mln. kVt/saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 27 mln. kVt/saat, müstəqil elektrik stansiyaları üzrə isə 3 038,7 mln. kVt/saat təşkil edib. Hesabat dövründə elektrik enerjisinin ixracı 1 147,3 mln. kVt/saat, idxalı isə 177,2 mln. kVt/saat olub.

Məlumat üçün qeyd edək ki, 2025-ci ilin məlumatlarına görə, Azərbaycanın enerji sistemi 24 istilik elektrik stansiyası (7903 MVt), 65 su elektrik stansiyası (1443,5 MVt), 9 günəş elektrik stansiyası (278,2 MVt), 5 külək elektrik stansiyası (63,5 MVt), 1 bərk tullantı elektrik stansiyası (37 MVt), 3 hibrid elektrik stansiyasından (7,3 MVt) ibarətdir.

Digər xəbərlər

Avropa səhmləri artır...

Göy qurşağı proqnozu süni intellekt sektorunda artımları canlandırdı...

Belarus benzini moskvalıların puluna dəyir…

Rusiya yanacaqdoldurma məntəqələri Belarusdan bahalı yanacaq almağa məcburdur…