PDF Oxu

İqtisadiyyat

  • 3 816

Azərbaycanda onlayn pullara keçid iqtisadiyyat üçün nə dərəcədə realdır ? - ŞƏRH EDİLDİ

image

"Kağız əskinaslardan tədricən imtina edib onlayn və rəqəmsal ödəniş vasitələrinə keçid qlobal iqtisadi transformasiyanın təbii mərhələsidir. Skandinaviya ölkələri, Cənubi Koreya, Çin və bir sıra Avropa dövlətlərinin təcrübəsi göstərir ki, nağdsız iqtisadiyyat şəffaflığın artmasına, kölgə iqtisadiyyatının həcminin azalmasına və dövlətin fiskal nəzarət imkanlarının genişlənməsinə səbəb olur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.Onun sözlərinə görə, Azərbaycan reallığına tətbiq edildikdə isə bu prosesin uğuru bir neçə əsas şərtdən asılıdır: "İlk növbədə, ölkədə son illər rəqəmsal bankçılıq, mobil ödənişlər və elektron xidmətlər sahəsində ciddi irəliləyişlər müşahidə olunur. Onlayn bank tətbiqlərinin geniş yayılması, POS-terminalların artması və dövlət xidmətlərinin elektronlaşması nağdsız ödənişlər üçün mühüm infrastruktur bazası formalaşdırıb. Bu baxımdan, texniki və institusional zəmin mövcuddur. Kağız pulların tam və ya qismən dövriyyədən çıxarılması təkcə texnoloji məsələ deyil, həm də sosial-psixoloji məsələdir. Əhalinin müəyyən hissəsi, xüsusən regionlarda və yaşlı nəsil arasında nağd pula etibar daha yüksəkdir. Maliyyə savadlılığının səviyyəsi, rəqəmsal alətlərə inam və məlumat təhlükəsizliyi ilə bağlı narahatlıqlar bu keçidin sürətini məhdudlaşdıra bilər. Onlayn pulların geniş tətbiqi müsbət iqtisadi effektlərlə yanaşı, risklər də yaradır. Kiber təhlükəsizlik, şəxsi məlumatların qorunması, texniki nasazlıqlar və sistemdən kənarda qalma riski dövlət tərəfindən ciddi tənzimləmə və nəzarət mexanizmləri tələb edir. Xüsusilə bank sisteminə çıxışı olmayan və ya zəif olan sosial qrupların maraqları nəzərə alınmalıdır ki, maliyyə inklüzivliyi zədələnməsin. Azərbaycanda kağız əskinasların yerini onlayn pulların tutması perspektiv baxımdan mümkündür və müəyyən sahələrdə artıq uğurla tətbiq olunur. Lakin bu proses kəskin və məcburi deyil, mərhələli, maarifləndirici və sosial həssas yanaşma ilə aparılmalıdır. Yalnız bu halda nağdsız iqtisadiyyata keçid həm dövlət, həm biznes, həm də vətəndaşlar üçün dayanıqlı və faydalı nəticələr verə bilər".

Müəllif: Ziya Hikmətoğlu

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...