PDF Oxu

İqtisadiyyat

  • 3 933

"Xarici bazar dəyişiklikləri daxilə təsir edir" - İQTİSADÇI DANIŞDI

image

"Azərbaycanda qiymət artımına təsir edən amillər kifayət qədər çoxşaxəlidir". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.Onun sözlərinə görə, xaricdən asılılıqla yanaşı, daxildə tətbiq olunan gömrük və vergi siyasəti də qiymətlərin formalaşmasına birbaşa təsir göstərir: "Bu səbəbdən qiymət artımını yalnız bir amillə əlaqələndirmək düzgün olmaz, çünki proses bir-biri ilə bağlı olan bir çox faktorun təsiri altında baş verir.Xüsusilə xaricdən asılılıq məsələsi daha qabarıq şəkildə özünü göstərir. Ərzaq məhsullarında Azərbaycanın təxminən 75 faiz xaricdən asılı olması ölkəni beynəlxalq bazarlarda baş verən qiymət dəyişikliklərinə həssas edir. Xarici bazarlarda istənilən bahalaşma, logistika xərclərinin artması və ya valyuta dəyişiklikləri birbaşa daxili bazara ötürülür və nəticədə qiymətlər yüksəlir.Bundan əlavə, idxal olunan məhsulların gömrük rüsumları, vergilər və nəqliyyat xərcləri də yekun qiymətin artmasına səbəb olur. Yerli istehsalın məhdud olması isə alternativlərin azalmasına və bazarda rəqabətin zəifləməsinə gətirib çıxarır. Nəticə etibarilə, xaricdə baş verən hər hansı iqtisadi dəyişiklik Azərbaycanda istehlakçıların gündəlik xərclərinə ciddi təsir göstərir və qiymət artımını daha qaçılmaz edir".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...