Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin iqtisadiyyat və sənaye naziri Nir Barkatla iqtisadi tərəfdaşlığın perspektivlərini müzakirə edib.
SİA xəbər verir ki, bu barədə nazir M.Cabbarov rəsmi X hesabında yazıb. "Prezident İlham Əliyevin rəhbərliyi ilə Davos İqtisadi Forumunda iştirak çərçivəsində İsrail Dövlətinin iqtisadiyyat və sənaye naziri Nir Barkat ilə görüşdük. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın gündəmində olan aktual məsələləri nəzərdən keçirdik. Ticarət, sənaye, enerji və biznes tərəfdaşlığı istiqamətində qarşılıqlı fəaliyyətin perspektivlərini vurğuladıq", - məlumatda qeyd olunub.
Mətləb Salahov
Minimum saatlıq əmək haqqı da artacaq…
Zədələnmiş neft emalı zavodlarının bərpası altı aya qədər vaxt apara bilər...
Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...