PDF Oxu

İqtisadiyyat

  • 2 998

Kapital Bank liderliyini qoruyur

image

Azərbaycan bankları ötən 2025-ci ildə dövlət büdcəsinə ümumilikdə 316.78 mln. manat məbləğində mənfəət vergisi ödəyib. Bu rəqəm 2024-cü ildə ödənilən 196.6 mln manatdan 120.2 mln. manat və ya 61% çoxdur. 2025-ci ildə dövlət büdcəsinə ən çox vergi verən bankların siyahısına liderliyi ölkənin birinci bankı Kapital Bank edir. Bank il ərzində 86.18 mln. manat vergi ödəyərək sektor üzrə liderliyini qoruyub saxlayır. İkinci pillədə isə 82.22 mln. manat ilə ABB qərarlaşır. Onu 52.79 mln. manat ödənişlə “PAŞA Bank” izləyir. Dördüncü yerdə 16.15 mln. manat ilə “Bank Respublika”, beşinci yerdə isə 13.78 mln. manat məbləğində mənfəət vergisi ödəyən “Xalq Bank” yer alır.Qeyd edək ki, mənfəət vergisi bankların maliyyə ili üzrə əldə etdiyi xalis mənfəətdən dövlət büdcəsinə ödədiyi vergidir. Azərbaycanda banklar üçün mənfəət vergisinin dərəcəsi 20 faiz təşkil edir.

Digər xəbərlər

Rusiyadakı yanacaq böhranı Monqolustana da yayılıb

Ölkə yanacağının təxminən 95 faizini Rusiyadan idxal edir...

Reuters: Rusiya neft strategiyasının uğursuzluğunu etiraf edir...

Kreml neft hasilatı proqnozunu kəskin şəkildə aşağı salıb...

Rusiyada kütləvi əməkhaqqı borcları başlayıb

Təxminən iki min Kuzbass mədənçisi aylardır ki, maaşlarını ala bilmir...