PDF Oxu

İqtisadiyyat

  • 2 711

Azərbaycan investisiya imkanları Alanyada tanıdılıb

image

Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyevin rəhbərlik etdiyi heyət ölkəmizin investisiya imkanlarının daha geniş kütləyə çatdırılması məqsədilə Aralıq dənizi bölgəsinə səfər edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyənin Antalya vilayətinin Alanya rayonu Ticarət və Sənaye Palatasında görüşlər keçirilib, Tamerlan Tağıyev ilə Alanya Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Eray Erdem arasında ikitərəfli görüş baş tutub.

Görüşdə Azərbaycanla əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Sonra Azərbaycan Ticarət Nümayəndəliyi və Alanya Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə palata üzvlərinin və Alanyadan olan iş adamlarının iştirakı ilə "Azərbaycana İnvestisiya: Təşviqlər və Dəstək Mexanizmləri" mövzusunda tanıtım toplantısı təşkil edilib. Tədbirdə çıxış edən Tamerlan Tağıyev və Eray Erdem əməkdaşlıq sahələri və bundan əldə ediləcək müsbət nəticələrdən bəhs ediblər. Çıxışların ardından Azərbaycandakı investisiya mühiti ilə bağlı əhatəli məlumatları özündə əks etdirən təqdimatlar edilib.

Sonda iş adamlarının mövzu ilə bağlı sualları cavablandırılıb, investisiya imkanları ilə bağlı müzakirələr aparılıb.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...