PDF Oxu

İqtisadiyyat

  • 2 638

“Zəngəzur” elektrik ötürmə xəttinin çəkilməsinə başlanılıb

image

Naxçıvan Muxtar Respublikasının ölkənin əsas elektrik enerji sistemi ilə birləşdirilməsi, eyni zamanda, Azərbaycan–Türkiyə–Avropa beynəlxalq enerji dəhlizinin formalaşdırılması məqsədilə Zəngəzur xəttinin tikintisinə başlanılıb.“Azərenerji” ASC-dən SİA-ya bildirilib ki, ölkə başçısının tapşırığına əsasən “AzərEnerji” tərəfindən Cəbrayıldan Ağbəndə qədər 74 kilometr, paralel olaraq isə Naxçıvandan Ordubadın sərhədinədək 105 kilometr uzunluğunda, ikidövrəli və 1000 meqavat yükötürmə qabiliyyətinə malik 330 kilovoltluq yüksək gərginlikli ötürmə xətti inşa olunur. Araz çayı boyunca, bir sıra ərazilərdə isə dağlıq və qayalı massivlərin yarılmasından keçən xətt “AzərEnerji” tərəfindən son dərəcə mürəkkəb relyef və ağır iqlim şəraitində çəkilir.Layihənin növbəti mərhələsində Zəngəzur dəhlizini keçməklə 44 kilometr məsafədə əlavə ötürmə xətti inşa ediləcək və həmin xətt gələcəkdə Ağbənd və Ordubad istiqamətində çəkilən xəttə birləşdiriləcək. Eyni zamanda, Naxçıvan şəhərində yeni 330 kV-luq yarımstansiya tikiləcək. Artıq bu məqsədlə 49 hektar torpaq sahəsi ayrılıb və mobilizasiya işlərinə start verilib.Azərbaycan–Türkiyə–Avropa enerji dəhlizi layihəsinin davamı olaraq daha bir strateji mərhələnin icrası planlaşdırılır. Belə ki, 230 kilometr məsafədə Naxçıvandan Türkiyəyə 400 kV-luq ötürmə xəttinin çəkilməsi və ölkə tarixində ilk dəfə olaraq 400 kV gərginlik sinfi üzrə çevirici yarımstansiyanın tikilməsi nəzərdə tutulur.Naxçıvan Muxtar Respublikasının ölkənin vahid enerjisisteminə tam inteqrasiyası, muxtar respublikanın tezlik tənzimlənməsində xarici ölkədən asılılığının aradan qaldırılması, həmçinin Avropa enerji bazarlarına çıxış imkanlarının yaradılması baxımından bu layihə strateji əhəmiyyət daşıyır və Azərbaycan tarixinin ən iri enerji layihələrindən biri kimi qiymətləndirilir.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...