PDF Oxu

İqtisadiyyat

  • 2 436

Gürcüstan və Azərbaycan dəmir yolu sahəsində əməkdaşlığı müzakirə edib

image

Gürcüstan və Azərbaycan arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.SİA-nın yerli bürosu xəbər verir ki, müzakirələr Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Tamar İoseliani, "Gürcüstan Dəmir Yolları" SC-nin baş direktoru Laşa Abaşidze ilə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov arasında keçirilən görüşdə aparılıb.Görüşdə Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasının əhəmiyyəti və əlavə yüklərin cəlb edilməsi istiqamətində iki ölkə arasında uğurlu əməkdaşlığın davam etdiyi vurğulanıb.Qeyd edilib ki, Gürcüstan və Azərbaycan dəmir yolları arasında bağlanan müqavilə regional iqtisadi əməkdaşlıq və dəmir yolu infrastrukturunun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu sənədin ölkənin tranzit və logistika imkanlarını gücləndirəcəyi və Orta Dəhlizin rəqabət qabiliyyətini artıracağı vurğulanıb.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...