PDF Oxu

İqtisadiyyat

  • 3 223

Bakı-Tbilisi-Qars dəmiryol xətti üzrə müqavilələr imzalanıb

image

Bu gün Tbilisidə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) və "Marabda-Kartsaxi Dəmir Yolu" MMC-nin törəmə şirkətlərinin birgə müəssisəsi olan "BTKI Railways" MMC ilə "Gürcüstan Dəmir Yolları" SC arasında Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xətti üzrə birgə müəssisənin tam fəaliyyətə başlamasının təmin edilməsi məqsədilə müvafiq müqavilələr imzalanıb.

Bu barədə SİA-ya ADY-dən məlumat verilib.

Bildirilib ki, müqavilələrdən biri Marabda–Axalkalaki dəmir yolu infrastrukturundan istifadəni, digəri isə Axalkalaki stansiyasında terminal xidmətlərinin göstərilməsini nəzərdə tutur.

İmzalanma mərasimində bildirilib ki, yeni razılaşmalar Orta Dəhlizin mühüm seqmenti olan BTQ üzrə əməliyyatların daha səmərəli təşkilinə və yükdaşıma həcmlərinin artırılmasına imkan verəcək.

ADY BTQ xəttinin Gürcüstandan keçən və mürəkkəb coğrafi relyefə malik 184 kilometrlik hissəsində təmir-bərpa və modernləşdirmə işlərini uğurla yekunlaşdırıb, nəticədə xəttin illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb. Bu dəmir yolu xəttinin modernləşdirilməsinin əsas məqsədi Orta Dəhlizin rəqabət qabiliyyətini artırmaq və BTQ-ni dəhlizin əsas yükdaşıma arteriyalarından birinə çevirməkdir.

"BTKI Railways" 2024-cü il avqustun 13-də yaradılıb. Birgə müəssisənin fəaliyyəti BTQ üzrə əməliyyatların səmərəli idarə olunması və yeni yüklərin cəlbi, regionda strateji nəqliyyat əlaqələrinin gücləndirilməsi və Orta Dəhlizin potensialının artırılması kimi istiqamətləri əhatə edir.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...