PDF Oxu

İqtisadiyyat

  • 3 325

AYNA: Şəhərlərarası marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib

image

Azərbaycanda daha bir neçə istiqamət üzrə avtobus marşrutları ilə bağlı keçirilən müsabiqələrin qalibləri müəyyən edilib.

SİA bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, Bakı–Gəncə, Bakı–Laçın (Laçın-Həkəri-Zəngilan yolu), Mingəçevir–Horadiz, Gəncə–Qazax, Qazax–Gəncə şəhərlərarası, həmçinin Aşağı Atuc kəndi (Quba) – Heydər Əliyev prospekti (Mərkəzi bazar) rayondaxili avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Bakı–Gəncə marşrutu üzrə hüquqi şəxs "Uğurlu Yol" MMC, Bakı–Laçın marşrutu üzrə hüquqi şəxs "Qarabağ Bus" MMC, Mingəçevir–Horadiz marşrutları üzrə fiziki şəxslər Hüseynova Yeganə Nasib qızı və İsgəndərov Roman Şükür oğlu, Gəncə–Qazax marşrutları üzrə fiziki şəxslər Heydarlı Orxan Vaqif oğlu və Bayramov Həsən Rəsul oğlu, Qazax–Gəncə marşrutları üzrə fiziki şəxslər Rzayev Alxan Rafiq oğlu və Yolçuyev Asəf Rəfayıl oğlu, Aşağı Atuc kəndi (Quba) – Heydər Əliyev prospekti (Mərkəzi bazar) marşrutu üzrə hüquqi şəxs "Uğurlu Yol" qalib elan olunublar.

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...