PDF Oxu

İqtisadiyyat

  • 3 515

2025-ci ilin dekabr ayında 12 aylıq inflyasiya 5,2 faiz təşkil edib - Taleh Kazımov

image

Faiz dəhlizi üzrə qərarların qəbulunda faktiki və proqnozlaşdırılan inflyasiyanın müəyyən edilmiş hədəf intervalına (4±2 faiz) uyğunluğu əsas meyar kimi nəzərə alınmışdır.SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransında bildirib. Bununla yanaşı, qlobal iqtisadi aktivliyin mövcud səviyyəsi, beynəlxalq maliyyə bazarlarında formalaşan şərait, daxili makroiqtisadi mühitdə müşahidə olunan əsas meyillər, eləcə də pul-kredit siyasəti qərarlarının maliyyə bazarları və real sektor üzərində ötürücülük mexanizmi kompleks şəkildə təhlil edilmişdir.Hazırkı mərhələdə illik inflyasiya hədəf intervalı daxilində qalmaqda davam edir. Son iki ay ərzində inflyasiyanın dinamikasında azalma meylinin müşahidə olunması qiymət sabitliyinin möhkəmləndiyini göstərir. Belə ki, 2025-ci ilin dekabr ayında 12 aylıq inflyasiya 5,2 faiz təşkil etmişdir. Qiymət artımları illik ifadədə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,4 faiz, ödənişli xidmətlər üzrə 5,7 faiz, qeyri-qida məhsulları üzrə isə 2,5 faiz səviyyəsində qeydə alınmışdır.Eyni zamanda, illik baza inflyasiyasının 2025-ci ilin dekabr ayında 4,8 faiz təşkil etməsi inflyasiyanın daha dayanıqlı komponentlərinin hədəf göstəricilərinə yaxın olduğunu göstərir. Faktiki inflyasiya proseslərinə isə əsasən xarici və daxili xərc amilləri təsir göstərməkdədir.

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...