PDF Oxu

İqtisadiyyat

  • 4 668

Qızıl və gümüş qiymətləri kəskin artım tempi göstərib - BİRJA

image

Həftənin əvvəlində eniş yaşayan qızıl və gümüş qiymətləri, zəifləyən dollar və FED gözləntiləri səbəbindən kəskin şəkildə artdı. Qızılin qiyməti təxminən 3% bahalaşıb, gümüşdə isə artım 3%-dən çox olub. ABŞ-ın nəhəng bankı BofA (Bank of Amerika) bazar dəyişkənliyinin davam edəcəyini bildirib.

Səhər saatlarında spot qızıl sessiyanın ən yüksək səviyyəsinə çatıb-5084 dollar.

Spot gümüş isə 3,1 faiz artaraq 88,19 dollara satılır.

Dollar indeksinin yenidən zəifləməsi ilə qiyməti dollar ifadəsində artan qızıla investor tələbi artır. Digər tərəfdən, Kevin Varşın FED sədrliyinə namizədliyi investorların FED-in faiz dərəcəsinin endirəcəyi ilə bağlı gözləntilərini artırıb.

Bazarlar ABŞ büdcəsinin imzalanmasına və cümə günü açıqlanacaq məşğulluq hesabatına diqqət yetirir. Bu hesabat FED-in faiz dərəcəsi qərarını müəyyən edən vacib məlumat nöqtələrindən biridir.

ABŞ-ın məşhur maliyyə təşkilatı Bank of America-dan qızıl və gümüşlə bağlı təəccüblü şərh verilib. Bloomberg-in hesabatına görə, BofA, kəskin qiymət düşməsinə baxmayaraq qızıl və gümüşdə volatilliyin davam edəcəyini açıqlayıb. BofA-ya görə, qızıl qiymətləri 2008-ci il maliyyə böhranından sonra olduğundan daha dəyişkəndir.

ABŞ-ın digər bir bankı olan "Goldman Sachs" qızıl qiymətlərinin qiymətləndirilməsində risk balansının əhəmiyyətli dərəcədə yuxarıya doğru qalxdığını bildirib.

Elçin

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...