PDF Oxu

İqtisadiyyat

  • 3 144

"2025-ci ildə DOST tərəfindən 94 layihə və e-xidmət icra olunub" - Kənan Əkpərov

image

2025-ci il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən ümumilikdə 94 layihə və elektron xidmət üzrə iş aparılıb. Bu layihələrdən 69-u mövcud xidmətlərin təkmilləşdirilməsi, 25-i isə yeni hazırlanmış layihələr olub.SİA xəbər verir ki, bu barədə DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov keçirilən mətbuat konfransında çıxışı zamanı məlumat verib.Onun sözlərinə görə, 2025-ci ildə e-xidmətlərdən istifadə göstəriciləri əhəmiyyətli dərəcədə artıb: “İl ərzində e-Sosial portalı vasitəsilə xidmətlərdən 17,2 milyon dəfə istifadə olunub, e-xidmətlər üzrə ümumilikdə 27,1 milyon müraciət qeydə alınıb”.Kənan Əkpərov bildirib ki, sosial xidmətlərin proaktiv şəkildə göstərilməsi də genişlənib: “Proaktiv qaydada 258 min təyinat aparılıb, vətəndaşlar tərəfindən isə 711 min elektron arayış əldə edilib”.Direktor vurğulayıb ki, həyata keçirilən layihələr sosial xidmətlərin əlçatanlığının artırılmasına, vətəndaş məmnunluğunun yüksəldilməsinə və rəqəmsal həllərin daha geniş tətbiqinə xidmət edir.

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...