Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı növbəti, 20-ci sanksiyalar paketi energetika, ticarət və maliyyə xidmətlərini əhatə edəcək. Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib.
O qeyd edib ki, yeni sanksiyalar paketində Aİ məhdudlaşdırıcı tədbirləri Rusiya neftinin daşınması üçün istifadə olunan daha 43 tankerə şamil edəcək. Bundan əlavə, paketə Rusiya neftinin daşınmasına xidmət göstərilməsinə qadağa da daxil ediləcək. SİTAT: "Mən üzv dövlətləri bu yeni sanksiyaları tez bir zamanda təsdiqləməyə çağırıram. Bu, müharibənin dördüncü ildönümü ərəfəsində güclü bir siqnal olacaq: azad və suveren Ukraynaya sadiqliyimiz sarsılmazdır. Üstəlik, o, hər gün, hər ay, hər il daha da güclənir", - o vurğulayıb.
Mətləb
Bloomberg: Rusiyanın ən varlı adamlarından biri Rusiya iqtisadiyyatının üzləşdiyi əsas problemi müəyyən etdi...
Bloomberg: Çin və Aİ əsas mübahisələrini ticarət müharibəsi olmadan həll ediblər...
Bu, vəsaitlərin Ukraynaya yönəldilməsinə imkan verəcək...
“Naftan”da təmir işləri başlayır...
Poizon bazarı Rusiya Federasiyasına gəlir…
Yüzlərlə mütəxəssis itkin düşüb...
İstehsal, ixrac azalır, neft emalı zavodları yanır...