PDF Oxu

İqtisadiyyat

  • 3 013

Süni İntellekt Strategiyasının bir illiyinə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir

image

“Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın qəbul edilməsinin bir illiyinə həsr olunmuş “Rəqəmsallıq və sosial informasiyanın inkişaf dinamikası” mövzusunda Respublika Elmi Konfransı keçirilir.SİA xəbər verir ki, konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, AMEA-nın vitse-prezidenti, akademik, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Saməddin Əsədov iştirak edirlər.Konfransda həmçinin Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) icraçı direktoru, İdarə Heyətinin sədr müavini Rauf Cabarov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Süni İntellekt Akademiyasının (AI Academy) direktoru Tuncay Bağırov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov, Milli Observatoriya İdarə Heyəti sədrinin müavini Elçin Süleymanov, eləcə də BDU-nun Sosiologiya kafedrasının müdiri, sosiologiya elmləri doktoru, professor Rəfail Həsənov yer alıblar.

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...