PDF Oxu

İqtisadiyyat

  • 3 495

Bakı-Tbilisi-Ceyhan kəməri ilə dünya bazarlarına 620 milyon tona yaxın neft nəql olunub

image

2025-ci il ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə əməliyyat xərclərinə təxminən 131 milyon dollar, əsaslı xərclərə isə 98 milyon dollar vəsait xərclənib ki, bu da 2024-cü illə müqayisədə müvafiq olaraq 10,3 faiz azalma və 2,2 dəfə artım deməkdir.SİA bp-nin 2025-ci ilin yekunlarına dair hesabatına istinadən xəbər verir ki, 1768 kilometr uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2025-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 619 milyon ton (4,7 milyard bareldən çox) xam neft nəql edilib (4,7 faiz artım) və Ceyhanda 6145 tankerə yüklənərək dünya bazarlarına göndərilib.2025-ci ildə BTC vasitəsilə ixrac olunan təqribən 27 milyon ton (təxminən 207 milyon barel) xam neft və kondensat (6,9 faiz azalma) Ceyhan terminalında 283 tankerə yüklənib və yola salınıb.Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...