PDF Oxu

İqtisadiyyat

  • 2 718

Azərbaycan və Ukraynanın minatəmizləmə strukturları arasında yeni əməkdaşlıq formatları hazırlanacaq

image

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovla ötən il Tokioda imzalanmış Əməkdaşlıq Memorandumunun praktiki icrası məsələlərini müzakirə edib.SİA xəbər verir ki, səfir bu barədə sosial şəbəkədə yazıb."Davam edən genişmiqyaslı Rusiya-Ukrayna müharibəsi şəraitində Ukrayna üçün mühüm prioritetlərdən biri olan humanitar minatəmizləmə sahəsində ikitərəfli əməkdaşlığın vəziyyətini və perspektivlərini müzakirə etdik", - o yazıb.Tərəflər həmçinin partlayıcı əşyaların aşkar edilməsi və zərərsizləşdirilməsi sahəsində müasir texnologiyaların tətbiqinin, mütəxəssislərin hazırlanmasının, təcrübə mübadiləsinin aparılmasının, eləcə də beynəlxalq humanitar təşəbbüslər çərçivəsində səylərin əlaqələndirilməsinin vacibliyini qeyd ediblər.Ukrayna tərəfi ardıcıl dəstəyə və həmrəyliyə, o cümlədən artıq bir neçə ildir Ukrayna ərazilərinin partlayıcı əşyalardan təmizlənməsində istifadə olunan "Revival-P" minatəmizləmə maşınının təhvil verilməsinə görə Azərbaycana minnətdarlığını bildirib."Görüşün sonunda əməkdaşlığın genişləndirilməsi üzrə konkret addımlar, xüsusilə də ekspertlər arasında dialoqun aktivləşdirilməsi, birgə tədris proqramlarının həyata keçirilməsi və iki dövlətin müvafiq strukturları arasında yeni əməkdaşlıq formatlarının hazırlanması barədə razılaşmalar əldə edilib", - səfir vurğulayıb.Səfir əlavə edib ki, Kiyev Azərbaycanla humanitar minatəmizləmə sahəsində əməkdaşlığı regional təhlükəsizliyin və beynəlxalq sabitliyin möhkəmləndirilməsinə mühüm töhfə kimi qiymətləndirir.Xatırladaq ki, ötən ilin oktyabrında Yaponiyanın Tokio şəhərində keçirilən Ukraynada Mina Fəaliyyəti üzrə Konfrans çərçivəsində ANAMA ilə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...