PDF Oxu

İqtisadiyyat

  • 2 597

“Gələcək üçün bacarıqlar” layihəsinin IV “TUSİ” inkubasiya “Demo Day” tədbiri təşkil olunub

image

19 fevral 2026-cı il tarixində ASAN xidmət tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində IV “TUSİ” inkubasiya proqramının “Demo Day” tədbiri təşkil olunub.SİA xəbər verir ki, tədbir innovativ təşəbbüslərin, startap layihələrinin təqdim edilməsi və onların inkişaf potensialının nümayiş etdirilməsi üçün platforma rolunu oynayır.Tədbir çərçivəsində bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlıq memorandumlarının imzalanması da nəzərdə tutulur ki, bu da dövlət və akademik qurumlar arasında innovasiya ekosisteminin möhkəmləndirilməsinə töhfə verəcəkdir.Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin müavini Firudin Qurbanov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov və BP-nin Xəzər bölgəsində Xarici Əlaqələr və Kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli iştirak edir.Tədbir startap ekosisteminin inkişafına dəstək verən dövlət, akademik və özəl sektor qurumlarının əməkdaşlığının təzahürü olmaqla, innovasiya fəaliyyətinin təşviqi və gənc sahibkarların inkişaf imkanlarının artırılması baxımından əhəmiyyətlidir.

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...