Bu ilin yanvar ayında Azərbaycan Rusiyaya 77 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.SİA xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 % azdır.Ötən ay qeyri-neft-qaz ixracının dəyəri İsveçrə istiqamətində 1 il əvvələ nisbətən 73,8 % artaraq 38,6 milyon ABŞ dolları, Gürcüstan istiqamətində isə 19,45 % artaraq 31,6 milyon ABŞ dolları olub.Ay ərzində Azərbaycan həmçinin Türkiyəyə 31,45 milyon ABŞ dolları (15,25 % az), Ukraynaya isə 15,2 milyon ABŞ dolları (30,4 % az) dəyərində qeyri-neft-qaz sektoruna aid mal ixrac edib.Hesabat ilində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı illik müqayisədə 9 % artaraq 268,4 milyon ABŞ dolları təşkil edib.
Təxminən beş dəfə...
Sanksiyalar və Ukrayna dronları Kremlin neft gəlirlərini azaldır...
Xərclər gəlirlərdən təxminən iki dəfə sürətlə artıb...
Ucuz yuan Çinin iqtisadi modelinin əsas xüsusiyyətlərindən biridir...