PDF Oxu

İqtisadiyyat

  • 1 447

Emal sənayesinə investisiya qoyuluşu 3 dəfəyə yaxın artıb

image

Bu ilin yanvar ayında Azərbaycanda emal sənayesinə 54,4 milyon manat investisiya yatırılıb.

SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 2,6 dəfə artıb.

Bundan əlavə, istirahət, əyləncə və incəsənət sahəsinə 1 milyon, nəqliyyat və anbar təsərrüfatı sahəsinə 456,1 milyon, həmçinin, informasiya və rabitə sahəsinə isə 74,3 milyon manat sərmayə qoyulub ki, bu da 2025-ci ilin yanvar ayına nisbətən müvafiq olaraq 13,8 dəfə, 10,6 dəfə və 2,3 dəfə çoxdur.

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoru üzrə qoyulan investisiyanın dəyəri isə əksinə, azalıb. Belə ki, ötən ay sözügedən sahəyə 1,5 milyon manat investisiya yatırılıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 73,8 faiz azdır.

Cari ilin yanvar ayında tikinti sektoru üzrə yatırılan sərmayənin dəyəri də 2025-ci ilin yanvar ayına nisbətən 16 faiz azalaraq 200,3 milyon manat təşkil edib.

Qeyd edək ki, yanvarda ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 milyard 405,9 milyon manat və ya 2025-ci ilin yanvar ayı ilə müqayisədə 75,6 faiz çox investisiya yönəldilib. Ümumi sərmayənin 17,2 faizi dövlət, 82,8 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub.

Digər xəbərlər